Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Dələduzluqda ittiham olunan Zeynala 5 min ödəniləcək

Dələduzluqda ittiham olunan Zeynala 5 min ödəniləcək

Tanınmış fotoqraf Zeynal Məmmədliylə bir müddət əvvəl onu dələduzluqda ittiham edən Ülkər Ağayeva adlı şəxsin məhkəməsi yekunlaşıb.

Bu barədə OLAY-a Z. Məmmədlinin vəkili Bəxtiyar Hacıyev məlumat verib. 

O bildirib ki, 11 mart 2022-ci il tarixində Nəsimi rayon məhkəməsinin hakimi Natəvan Tağıyevanın sədrliyi ilə keçirilmiş məhkəmə iclası başa çatıb:

“Zeynal Məmmədlinin cavabdehlər Ağayeva Ülkər Raif qızının və İsayev Ramal Ziyafət oğluna qarşı şərəf və ləyaqətin işgüzar nüfuzunun müdafiəsi, maddi-mənəvi zərərin ödənilməsinə dair mülki işə yekun verilib. Məhkəmə qərarına əsasən cavabdeh Ağayeva Ülkər iddiaçı Zeynal Məmmədliyə 5 min manat ödəməlidir.

Eyni zamanda, işlərin təhvil verilməsi ifadələri böhtan xarakterli, həqiqətə uyğun olmayan dələduz adlandırılması olan informasiyalar kütləvi informasiya vasitələrindən silinməsi və təkzib verilməklə üzr istəməsi Ağayeva Ülkər Rauf qızının üzərinə qoyulub. 

Ramal İsayev öz nümayəndəsi və vəkilinin iştirakı ilə məhkəmə iclasına gələrək bildirib ki, “4news.az” instaqram səhifəsi ona məxsus deyil, o səhifə ilə heç bir əlaqəsi yoxdur. Z.Məmmədlinin ünvanına hər hansı bir böhtan, həqiqətə uyğun olmayan şərəf və ləyaqətini təhqir edən məlumatları paylaşmayıb”.

Qeyd edək ki, Ü. Ağayeva ötən ilin noyabrında fotoqrafın onu aldatdığını iddia etmişdi. O bildirmişdi ki, 2019-cu ildə Zeynalın komandası nişan mərasiminin çəkilişini edib və onlardan razı qalıb. Lakin xına mərasimində öz istədiyi fotoqraf göndərilməyib. Toyunda isə verilən vədlərə əməl olunmayıb, qeyri-peşəkar fotoqraf göndərilib. Zeynal fotoları özünün redaktə edəcəyini bildirib. Bununla yanaşı, məbləğdə də razılaşma əldə olunmayıb. Gəlin toydan əvvəl Zeynalla 4100 manat məbləğdə razılaşdıqlarını, məclisdən sonra fotoqrafın ondan 5 min istədiyini bildirmişdi. Eyni zamanda Zeynalın fotoları gec göndərdiyini də iddia edib. Fotoqraf isə özü açıqlama yayaraq ittihamların əsassız olduğunu bildirmişdi.