Türkiyəli müğənni Hadisənin ötən axşam elçilik mərasimi baş tutub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisəylə sevgilisi Mehmet Dinçerlərin özəl günündən görüntülər sosial şəbəkədə yayılmayıb.
Buna səbəb isə Hadisənin bütün işçilərinə gizlilik müqaviləsi imzatması olub. Elçilikdən foto və ya video paylaşan hər kəs işindən azad olunacaq və təzminat ödəyəcək.
Qeyd edək ki, M.Dinçerlər Hadisəyə yanvarda evlilik təklifi edib. Müğənninin özündən 2 yaş kiçik sevgilisi "Gloria Jean's Coffees"in sahibidir. Cütlüyün aprelin 27-də nikah masasına əyləşəcəyi deyilir.