Müğənni Aysel Əlizadə avtomobil qəzası keçirib.
Bu haqda "Deməsəm olmaz" proqramında məlumat verilib. Stilist Elnur Həsənov bildirib ki, Aysel qəzada zədə alıb:"Aysellə çəkilişimiz var idi. Təxirə salındı. Xəbər verdi ki, qəzaya düşmüşəm. Dostunun avtomobili ilə olub. Qəza o qədər güclü olub ki, təhlükəsizlik yastıqları da açılıb. Gözunun altı qaralıb, beyni zədə alıb".