Gənc ifaçı Rauf Kingsley bahalı həyat tərzi ilə seçilir.
Yeni ifa etdiyi mahnını "Fatehin divanı" verilişində təqdim edən Raufun bahalı geyimi barədə "25trend" səhifəsi məlumat dərc edib.
Məlum olub ki, Rauf bu görünüşünə 20 min manatdan çox pul xərcləyib.
Ən çox pul xərclənən isə Raufun aksesuarları olub. "Tiffany" brendinin sırğası, üzüyü və sepinə ifaçı 12 min 500 manatdan çox pul xərcləyib.
"Diesel" brendinə məxsus şalvarı isə 500 manatdır.
Ayaqqabıları isə "Nike Air Force 1" 410 manatdır.
Əynindəki gödəkcə isə "Undercover" markasıdır və qiyməti 4 min manatdır.
"Les Benjamins"dən olan eynəyi isə 380 manatdır.
Ayağına bağladığı bandana isə "Burbery" brendinə aiddir və min manatdır.
#RaufKingsley