Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Cavanşir Məmmədov kimi 18 maşınım yoxdur" - Fatimə Fətəliyeva

"Cavanşir Məmmədov kimi 18 maşınım yoxdur" - Fatimə Fətəliyeva

Rəqqasə Fatimə Fətəliyeva "Səhər mərkəzi" proqramında qonaq olub. 

Axşam.az xəbər verir ki, verilişdə sənətçiyə avtomobilinin qiyməti ilə bağlı sual ünvanlayıb. 

"Kasıbın olanından. Cavanşir müəllim (Əməkdar artist Cavanşir Məmmədov - red.) kimi 18 maşınım yoxdur. Bir maşınımı yandırdım, bütün gözlər onla getdi. Maşını pis sürürəm, baxmıram. Günü-gündən qiyməti düşür. 56 min dollara almışdım. İndi 22 min dollara onu alsalar şükür edərəm" deyə, Fatimə söyləyib.

 

Verilişdə yer alan Əməkdar artist Cavanşir Məmmədov ona "Mən də maşında xeyli ziyan etmişəm. Maşının pisi yoxdur, ona baxmaq lazımdır. Evi gündə təmizləməyəndə necə toz olur, o da elə. Kişini yaxşı saxlayar yaxşı arvar, at və bir balaca pul. Çox olanda cızığından çıxır: ikinci, üçüncü maşın alır" cavabını verib.