Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Acından hələ heç kim ölməyib, ancaq bütün bəlalar yeməkdən gəlir”

"Acından hələ heç kim ölməyib, ancaq bütün bəlalar yeməkdən gəlir”

"Yemək edə bilmirəm, vaxtım yoxdur buna. Evin sonbeşiyi olmuşam, bacılarım gözəl hazırlayıb. Mənim bişirdiyimi bəyənməzdilər. Deyirdilər, sən əl-ayağa dolaşma".

Bu sözləri Xalq artisti Brilliant Dadaşova "Həmin Zaur" proqramında deyib. Müğənni insanları az yeməyə səsləyib:

"Yemək bir şeydir, hər şey deyil. Yeməyə önəm vermək lazım deyil, bütün bəlalar yeməkdən gəlir: təzyiq, şəkər. Acından hələ heç kim ölməyib. Ancaq yeməkdən bütün xəstəliklər gəlir. Evdə axşam masanın üstündə şirnilər görəndə deyirəm ki, özünüzü o dünyaya bir addım yaxınlaşdırırsınız. Saat 6-dan sonra yeməyin, su için".