Xalq artisti Röya Ayxanın iki il əvvəl təxirə düşən “Nazlı” adlı solo konserti sentyabrda baş tutacaq.
Bu barədə müğənni özü məlumat yayıb.
O bildirib ki, bu ilin sentyabrında dörd günlük konsert proqramı ilə çıxış edəcək.
Qeyd edək ki, sənətçinin konserti 2020-ci ilin 6, 7, 8 və 9 mart tarixlərində keçirilməsi planlaşdırılırdı.
Lakin həmin dövrdə koronavirusun qarşısının alınması məqsədilə görülən profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq konsert təxirə salınıb.