Əməkdar artist Sevda Ələkbərzadə küçədə səsləndirilən mahnıya əsəbiləşib.
Axşam.az xəbər verir ki, həmin an lentə aldığı görüntünü müğənni instaqram hesabında paylaşıb.
"İçərişəhərdəki musiqiyə baxın Novruz bayramında. Bu, bayağı da deyil, ondan aşağıdır. Bununla kim məşğul olur görəsən?" deyə, Sevda bildirib.
Qeyd edək ki, İçərişəhərdə baş tutan konsertdə ifa edən Türkan Vəlizadə olub. O, "Ağlıma bir ad gəlir" mahnısını oxuyub.