Aktrisa Oksana Rəsulova xarici ulduzların izindən gedir. O, Şəhriyar Əbilovla olan evliliyindən dünyaya gələn oğlu Osmanın reklamlarda yer alması üçün külli-miqdarda pul tələb edir.
OLAY-ın əldə etdiyi məlumata görə, sənətçi özü və Şəhriyardan əlavə Osman üçün 40 min manat qonorar istəyir.
Qeyd edək ki, Osman hazırda 4 yaşındadır. Rəsulova övladının üzünü ictimaiyyətə ötən il təqdim edib. Cütlük illərdir evli olmasını da 2021-ci ildə açıqlayıb.