Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Çoxları bayağı mahnıları ifa edənlərə gizlin qulaq asır, çünki içi odur” - Xatirə

“Çoxları bayağı mahnıları ifa edənlərə gizlin qulaq asır, çünki içi odur” - Xatirə

"Sizcə bu gün insanlar özü peşəkar musiqini dinləmək istəyir, yoxsa "şandrika" mahnıları? Bu gün ölkədə hansı musiqilər dillər əzbəri olur? Hansı mahnılar daha çox sevilir?".
 

Bu sözləri müğənni Xatirə İslam instaqram hesabında yazıb. Sənətçi bildirib ki, reytinq yaradan, qalmaqala səbəb olan ifaçılara və mahnılarına daha çox tələbat var:

"Gəlin, düz danışaq. Siz ifaçını bayağı mahnı ilə daha çox tədbirlərinizə dəvət edirsiniz. Deməli, sizə belə mahnılar lazımdır. Bu gün ölkədə baş tutan tədbirlərdə ən çox hansı musiqilər səslənir? Bu gün daha çox səhnə dəvəti alanlar hansı ifaçılardır? Bu gün efirlərdə reytinq, gündəm yaradan hansı ifaçılardır? Qalmaqala çox baxırsınız, yoxsa musiqili verilişə? Aparıcı görəndəki qalmaqal edib və bütün reytinqləri vurub, ölkə o verilişdən danışır, belə də davam edir, nə etməlidir? Sizə nə maraqlıdırsa, ifaçılar sizə onu hazırlayıb təqdim edir.

Qaldı bayağı dediyiniz ifaçıların çox tələbatlı olmağı. Tədbirlərinizə ifaçı yəqin ki, özü gəlmir, siz dəvət edirsiniz, yüksək qonorar verirsiniz. Bu da o deməkdir ki, "şandrika" mahnılara daha çox tələbat var. Musiqi duyumu olmayan və maddi durumu yüksək olan insanlar bu gün çoxluq təşkil edir. Hamının zövqünə hörmətlə yanaşaraq demək istəyirəm ki, əziz ifaçılar və səhnəyə çıxanlar, bayağı musiqi yoxdur, bayağı ifa var. Mahnıları 2 saata aranjiman etdirməyin. Bir mahnının 20 il dinlənməyini istəyirsinizsə, səslənməyə, vurğulara, aranjimana diqqət edin ki, gələn il dinlənəndə o səslənmə sizə köhnə kimi gəlməsin. Çoxları bayağı mahnıları ifa edənlərə gizlin qulaq asır (çünki içi odur). Amma məclisinə səviyyəli musiqi təqdim edən ifaçıları dəvət edir. Özünüz olun, daha bəsdir. Sərbəst olun, içiniz istədiyi adam olun. Zövqünüzdən utanırsınızsa, bir az dəyişin, xanımlar və cənablar".

 

Qeyd edək ki, bir müddət əvvəl Əməkdar artist Sevda Ələkbərzadə İçərişəhərdə konsertdən bir video paylaşaraq, mahnını tənqid etmişdi. Sözügedən mahnı isə Türkan Vəlizadənin "Ağlıma bir ad gəlir" ifası olub. Türkan da tənqidlərə "Sizə Türkanı sevdirən mahnıdır. Xoş günlərinizdə ilk olaraq bu bəstəni məndən istəyirsiniz. Ataların bir misalı var: Azlıq hər zaman çoxluğa tabe olub" sözləri ilə cavab verib.