Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Həbsxanadan çıxan Manaf ən yaxın dostu Vasif Məhərrəmlini həyatından sildi

Həbsxanadan çıxan Manaf ən yaxın dostu Vasif Məhərrəmlini həyatından sildi

Müğənni Manaf Ağayev Əməkdar artist Vasif Məhərrəmli ilə bağlı açıqlaması ilə diqqət çəkib. 

 

SHOWNEWS.AZ xəbər verir ki, "Səhər mərkəzi" verilişində Manafa "Güvəndiyim dağlar, sənə də qar yağarmış" atalar sözünü hansı sənət adamına şamil edəcəyi deyilib. Ona Vasif Məhərrəmli, Afət Fərmanqızı və Mətanət Əsədovanın adı təqdim edilib.  

"Hamısına... Amma birinin adını çəkirəmsə Vasif Məhərrəmli" deyə, müğənni cavab verib.

M.Ağayev həbsxana həyatından sonra bir çox dostlarını sildiyini açıqlayıb:

"Dost dar gündə sınanır: gözün axtarır. Vacib deyil kimsə kiməsə nəsə etsin. "Dost" sözü gələndə allergiya verirəm. Hər zaman yanlarında olmuşam, amma özüm gördüm. Yıxılma, yıxıldınsa, məhv oldun. Bu camiyəni hər zaman müdafiə etmişəm, yenə də pisləmişəm. Burada dostluqlar boş imiş. Hər gün görüşürsən, yeyib-içirsən, sağlıq deyirsən. Amma dostluq göstərə bilmirsən. Nə anlam verir? Heç xəcalət çəkmirsən, utanmırsan? Dostlarım var idi, bir stəkan çayımı içməyib. Xəcalət çəkdim ki, niyə düz yaşamamışam? Elə insanlar yada saldı, yanımda oldu ki... Heç buna ehtiyacı da yox idi, ancaq insanlıq etdi. Mən onlara elə olmamışdım. Mənə çox deyirdilər, elə bilirdim aramıza girirlər. Tanıdığım, tanımadığım insanın yanında olmuşam".

  •