"Efirə gələn ilk saqqalı müğənni mən oldum. Mikrofonu atıb-tutmaq, türk mahnıları oxumaq, səhnədə rəqs etməyi ilk mən etmişəm. Özüməməxsus geyimlər gətirdim. Kliplərimi film ssenarisi mən etdim".
SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov "Şourum" verilişində deyib. Sənətçi verilişə qatılmaq üçün telekanal rəhbərlərindən qonorar istəyən həmkarlarından da danışıb:
"Efirə çıxmıramsa, o demək deyil pul istəyirəm. Heç vaxt da istəmərəm. Amma heç kimin fikrinə də heç nə demərəm. Dostlarım belə soruşanda deyirəm, qarışmıram".