"Gözünüz aydın, Manaf məndən də küsüb. Manaf, sənin üçün Vasif deyiləm. Gələrəm Bakıya, üzünə "kislota" töküb səni yanıdıraram".
Bu sözləri aparıcı Sərxan Kərəmoğlu instaqram səhifəsində yazıb. O, müğənni Manaf Ağayevlə fotosunu paylaşaraq sənətçinin ondan incidiyini bildirib:
"Sənin haqda pis bir şey yazmamışam. Buradan sənə bəyan edirəm ki, yazdıqlarımı savadlı adama göstər və o sənə düşmən yaxud da dost olduğumu desin. Sən qardaşımsan və məndən üz döndərməyinə razı ola bilmərəm. Elə yaşımdır ki, əziz bildiklərimi itirə bilmərəm. Vaxtı ilə çox itirdim, artıq yetər".