“Fəxri adlara görə Xalq artisti və Xalq rəssamı üçün 180 manat təqaüd verilir”.
Oxu.Az-ın məlumatına görə, bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov bildirib.
O bildirib ki, Azərbaycanın sosial-iqtisadi inkişafındakı xidmətlərə və digər fəaliyyətlərə görə Prezidentin müvafiq sərəncamlarına əsasən, Xalq artisti, Xalq şairi, Xalq yazıçı və s. fəxri adlar alan şəxslərə müavinətlərin verilməsi nəzərdə tutulub.
M.Məmmədov qeyd edib ki, Əməkdar elm xadimi, Əməkdar jurnalist, Əməkdar artist və s. adı qazanan şəxslərə 120 manat məbləğində təqaüd təyin olunub.