Əməkdar artist Mətanət İsgəndərlinin bacısı qızını şantaj edərək 1000 manat pul tələb edən şəxs həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir müddət öncə 26 yaşlı Ağcabədi rayon sakini Səfər Səfərov qadından tələb etdiyi məbləği verməyəcəyi təqdirdə onu intim görüntülərini instaqramda paylaşmaqla təhdid edib.
Araşdırmalar zamanı məlum olub ki, intim görüntüləri müğənninin bacısının qeyri-rəsmi nikahda yaşadığı şəxs bir neçə il əvvəl evə quraşdırdığı gizli kamera vasitəsilə lentə alıb. Daha sonra həmin şəxsin M.İsgəndərlinin bacısı ilə münasibətləri pozulduğundan o, görüntüləri bir neçə şəxsə ötürüb. Həmin şəxslərdən biri də Səfər Səfərov olub. O, əlinə keçən videodan foto skrin edərək üzərinə Mətanət İsgəndərli ilə bacısının səs yazısını montaj edib və instaqramda paylaşıb.
Qızın şikayətindən sonra həmin şəxs barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. İşə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə S.Səfərov 3 il müddətinə azadlıqdan məhrum edilib.