Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Elnar və Aysel rəsmi boşandı: "Məndən 50 manat istəyir"

Elnar və Aysel rəsmi boşandı: "Məndən 50 manat istəyir"

Müğənni Elnar Xəlilov keçmiş həyat yoldaşı, şairə Aysel Vaqifqızı ilə rəsmi boşanıb.

Axşam.az xəbər verir ki, ayrılmaları ilə bağlı Elnar "MTV maqazin"ə açıqlamasında danışıb. O bildirib ki, məhkəməyə boşanmq üçün özü müraciət edib:

"Deyir ki, o, ilk müraciət edib, amma yox. Qarşı tərəf bildirib ki, alimentdən başqa mənə uşağa baxdığım üçün pul ayırsınlar. İşləmədiyini, heç bir iş yeri olmadığı üçün alimentdən başqa pul istəyib. Dayə kimi pul ödəməliyəm. Məhkəmə nə qərar versə, edəcəyimi dedim. Orada da uşağa baxma pulu, aliment yazılıb. Özü üçün 100 manat istəyib, məhkəmə də 50 manat ödənilməsinə qərar verib. Ödəyəcəm onu da. 193 manat alimentdir, 50 manat da ona. Deyirdi ki, onun ailəsini mən saxlamalıyam, indi 50 manat istəyir. Sənədləri verəndə pulu kartına göndərəcəm. Bir insan bir insanı nə dərəcədə görmək istəmir ki, pulu onun kartına göndərir. Sizin imkanlı saydığınız, Elnarın ondan istifadə etdiyini düşündüyünüz insan uşağına baxmaq üçün 50 manat istəyir. Ona görə də deyirəm, əlinizi vicdanınıza qoyun.

Adam instaqramda fenomen olmaq, azad olmaq istəyirdi, ən böyük problem bu idi. Mənə nə deyərlər, deməzlər yoldaşı bütün günü TikTok-dadır? Qarşı tərəf hicablı olduğu üçün ondan başqa şey gözləyirsən. Təhqir olur, nə qədər şərh siləsən? Kişiyəm, götürə bilmirəm. Məqsədi məni nüfuzdan salmaq idi".

Elnar onu da əlavə edib ki, keçmiş xanımı ona oğlu Enesi göstərmir. 

İfaçı daha sonra ilk evlilikdən olan 9 yaşı oğlunu göstərib. O əlavə edib ki, onunla münasibətləri yaxşıdır.