Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Bu, rəqabət deyil, düşmənçilikdir" - Əminə Natavanla Səidəyə əsəbiləşdi

"Bu, rəqabət deyil, düşmənçilikdir" - Əminə Natavanla Səidəyə əsəbiləşdi

Bir müddət əvvəl müğənni Səidə Sultan həmkarı Əminə Şirin tərəfindən polisə verildiyini iddia etmişdi. Məsələ ilə bağlı  “MTV Maqazin”ə danışan Əminə Natavan Həbibi və Səidə ilə arasında yaranan qalmaqala toxunub. 

Axşam.az xəbər verir ki, Əminə həmkarlarını düşmənçilik etməkdə ittiham edib:

"Rəqabəti düçmənçilik, paxıllıqla səhv salırlar. İnsan həyatda gərək dostun da, düşmənin də şərəflisini seçə". 

O, ilk olaraq Natavanın sənətindən söz açaraq bunları deyib:

"Gözəl oxuyansan, amma bir istiqamətdə, başqası yoxdur. Çıx sən də oxu, mən də oxuyum". 

İfaçı Səidənin onunla bağlı işlətdiyi ifadələri təkzib edərək heç vaxt hüquq-mühafizə orqanlarına mürciət etmədiyini vurğulayıb:

"Rəqabət budur, çıxsın biri sənə şər atsın, biri yığıb valideynini söysün? Budur rəqabət? Bu, rəqabət deyil, düşmənçilikdir. Heç vaxt heç kəsdən şikayətçi olmamışam və deyiləm. O, deyir polisə vermişəm. Yanıb-tökülürəm axı. Yalan danışma! Etməyə qalxsam, sənə dünyanın ən böyük pisliyini edərəm". 

Sonda müğənni "Mənə Səidə lazım deyil, əgər sizə lazımdırsa, gedin ondan Əminəni soruş. Ümumiyyətlə bilirsiz nə var, yığışdırın kameranı" deyərək, müsahibəni yarımçıq kəsib.