Müğənni Manaf Ağayev oxuduğu toyda ona ev hədiyyə edildiyini deyib.
Axşam.az xəbər verir ki, bu haqda sənətçi "Qısaqapanma" proqramında danışıb. O bildirib ki, toy sahibi binatikən olub:
"Dedi, övladımın toyunu oxu, pul istəyirsən, yoxsa ev? dedim, ev, pul var. Qayıtdı ki, övladımın toyunu oxu, sənə jest edəcəm. Məndə düşündüm ki, min manat artıq pul verəcək. Amma ev bağışladı. Oxumağa görə deyildi, yaxşı oğlan olmaq lazımdır".