Əməkdar artist Rühəngiz Allahverdiyeva oğlunu sevdiyi qızla ayırıb.
SHOWNEWS.AZ xəbər verir ki, bu haqda "Həmin Zaur" proqramında deyilib. Verilişdə qonaq olan müğənni xəbəri təsdiqləyib. O bildirib ki, daha sonra həmin xanımın oğlu ilə evlənməsinə icazə verib:
"Almadığına görə yox... Bəyəndiyi qız olub. Qızı mənə göstərdi, qızdır da... Allahdan böyük rəssam yoxdur. Nəyi bəyənmədiyimi deyə bilmərəm. Amma sonradan qızın fotosun gördüm, dünya gözəlidir. Sonra o başqası ilə ailə qurdu, alınmadı onda boşandı. Dedim, oğlumun ürəyi istəyirsə, oğlum onla ailə qursun, razıyam. Ancaq qismət, alınmadı".
İfaçı daha sonra həyat yoldaşının xərçəngdən dünyasını dəyişdiyini söyləyib.