Rəqqasə Rəna Ağamuradova ( Renka) şəxsi həyatı ilə bağlı açıqlama verib.
Bu barədə o, “MTV Maqazin”ə danışıb.
Sevgilisinin olduğunu bildirən Renka bunları söyləyib:
“36 yaşıma qədər belə sevgi yaşamamışam. Bir ayın içərisində bir dəfə belə ayrı qalmamışıq. Mənim həyatımda belə sevgi olmayıb. Sevinirəm ki, bu hiss artıq yaşadım və sevildim. Heç kim bilmir. Mən kimsə ilə maraqlanmıram ki, kim kimlə sevgilidir, ya nədir. Niyə mənim haqqımda fikirləşirsiniz? Həkimimdən, dırnaq ustam, hər kəsdən soruşurlar. Münasibətimiz kifayət qədər ciddidir. Ərə gedirəm”.
Qeyd edək ki, MTV Maqazin verilişi İsa Şükürovun təqdimatında hər həftənin şənbə günü saat 12:00-da MTV Azərbaycan kanalında yayımlanır.