Aprelin 3-də Bakıda partlayış olan "Location" gecə klubunda xəsarət alan bloger Aysel Şükürova növbəti dəfə əməliyyat olunub.
Bu barədə onun bloger dostu Raul məlumat yayıb.
O, Ayselin bu gün əməliyyat keçirdiyini vurğulayıb.
Qeyd edək ki, aprelin 3-də baş vermiş hadisə nəticəsində 4 nəfər həyatını itirib (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova, klubda əylənənlərdən 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva, aşpaz, 2001-ci il təvəllüdlü Gülbala Abdullayev, ofisiant, 21 yaşlı Ayxan Fətullazadə), 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə də ziyan dəyib.