Müğənni Mətanət Əsədova əməliyyat olunub.
Lent.az-a istinadən xəbər verir ki, ifaçının vəziyyəti ağırdır:"Mətanət xanım yenicə əməliyyat olundu. İndi vəziyyəti ağırdır" deyə, xəstəxanadan olan açıqlamada bildirilib.
Qeyd edək ki, M.Əsədova bir neçə gün öncə bu barədə açıqlama verərkən "Təcili əməliyyat olunmalıyam. Səhhətimdə problem var. Həkim məni gözləyir, amma "narkoz"dan qorxuram. Ona görə də illəridir yaranan problemi aradan qaldıra bilmirəm. Allah özü kömək olsun. İnşallah, özümdə güc tapsam, əməliyyata girəcəm. Lazım olan bütün analizləri vermişəm" sözlərini söyləyib.