3 uşaq atası, gənc aktyor Elvin Ağayevin qara ciyər serrozundan əziyyət çəkdiyini və müalicəsi üçün 90 min manatın lazım olduğu haqda məlumat verdik.
Aktyorun ilk həyat yoldaşı Nərgiz İsayeva SHOWNEWS.AZ-a danışıb və E. Ağayevin 3 uşaq atası mövzusunu qabartmasına etiraz edib:
“Biz Elvinlə 2011-ci ildə ailə qurmuşuq. 7 il ailə həyatından sonra 2017-ci ildə boşanmışıq. Bu evlilikdən 2 qız övladımız olub. Ayrılığımızdan sonra Elvin ata olaraq qızları ilə nə maraqlanır, nə də aliment ödəyir. Lap tutaq ki, pulu yoxdur aliment ödəmə, qızları ilə maraqlanmaq ki, pulla deyil. O yalnız ikinci evlilikdən olan oğlu ilə maraqlanır. Yalnız onun da şəkillərini paylaşır. Xəstələnəndə yadına düşüb kj, 3 övladı var?
Hazırda aliment borcuna görə də axtarışdadır. Qızları ilə bir il maraqlanmayan ata xəstələndə yadına düşüb?
Sosial şəbəkə hesablarında qızları ilə bir dənə şəkli belə yoxdur. Mənim qızlarımın adından istifadə etməyi ona qadağa edirəm.
Xəstədir. Allah şəfasını versin. Onun bu gününə sevinmirəm. Amma mənim balalarıma atalıq etmirsə, yalandan deməsin 3 uşaq atasıyam. Guya 3 uşağa baxır… Onun bir övladı var. Allah onu da saxlasın. Qoy desin ki, 1 övladım var.
Qızlarının nə bayramına, nə ad gününə, nə xoş gününə gəlir. Qızlarından imtina etmiş atadır. Qızlarımın atası da, anası da mənəm.