Stilist Anar Ağakişiyevin müğənni Demet Akalına etdiyi makiyaj müzakirələrə səbəb olub.
Yeni layihəsi üçün Anarla çalışan ifaçıya stilist fərqli makiyaj edib.Demetin bu görünüşü "Söylemezsem olmaz" proqramında müzakirələrə səbəb olub. Belə ki, onlar Akalının çox fərqli göründüyünü söyləyib.
Bircan Bali "Azərbaycandan Anarı gətirib, möhtəşəm olub" sözlərinə Seren Serengil "Cennifer Lopesə bənzəyib" cavabını verib.
Arto isə "Effektsizdirsə, möhtəşəmdir. Cenniferin Lopesin itən bacısı tapıldı" deyə, reaksiya verib.
Demet Akalın isə fotonu instaqram hesabında yayımlayaraq "Bu, adamın sehridir" sözlərini yazıb.