Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Amerikada yaşayan azərbaycanlı müğənninin mahnısı “iTunes”də BİRİNCİ OLDU FOTOLAR

Amerikada yaşayan azərbaycanlı müğənninin mahnısı “iTunes”də BİRİNCİ OLDU FOTOLAR

Bu gün Nyu-Yorkda yaşayan azərbaycanlı gənc müğənni Rauf Kingsley üçün unudulmaz gün olub. 
SHOWNEWS.AZ-a sevincini bölüşən həmyerlimiz bu yeni ili unutmayacağını dedi:

"Yuxudan dostlarımın zənginə oyandım. Hamısı məni təbrik edirdi. Düzü, inanmırdım. Hələ də yuxu gördüyümü sanırdım. Mənim kimi gənc ifaçı üçün "iTunes"də birinci olmaq çox böyük uğurdur. Bu işdə əlbəttə ki, tək mənim yox, komandamızın böyük əməyi var. "Live in the moment" mahnısının remiksini  ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edirəm. Xüsusən, remiksin prodüseri Austin Leeds, "Brewery Recording Studio" və vokal dərsləri aldığım "Voice Academy"nin müəllimi Karatina Nolfeyə minnətdaram".