Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoy xəstəxanaya yerləşdirilib.
SHOWNEWS.AZ xəbər verir ki, sənətçinin həkimi onun indiki vəziyyəti ilə bağlı açıqlama verib: "Bülənt xanım dünən səhər mədə ağrısı şikayəti ilə xəstəxanamıza müraciət edib. Onun mədə nahiyəsində kiçik qanaxma vardı. Hal-hazırda istirahət edir. Heç bir qanaxması da yoxdur. Dərman müalicəsi də davam edir. Bir neçə gündən sonra da o evinə göndəriləcək".