"MTV maqazin" tanınmış simalar arasında sorğu keçirərək "Avtobusda gedişhaqqı nə qədərdir" sualını ünvanlayıb.
Axşam.az onların cavablarını təqdim edir:
Gedişhaqqının 50 qəpik olduğunu düşünən aktrisa Pərvin Abıyeva gerçək qiymətin 30 qəpik olduğunu eşidərkən "Nə yaxşı... Elə bilirdim bahadır" cavabını verib.
Müğənni Ceyhun Əliyev "20 qəpik arta bilər... 90 qəpik" deyə, cavab verib.
Müğənni Səidə Dadaşova isə qiymətlərdən xəbərsiz olduğunu deyib və "2 qəpik... 20-30 qəpik olar" sözlərini söyləyib.
Müğənni Pərviz Mahmudov gedişhaqqının 30 qəpik olduğunu bildirib.
Prodüser Mədinə Məlik metroya minməyi sevdiyini desə də, qiymətin 50 qəpik olduğunu deyib.
Müğənni Elnarə Xəlilova isə tələbəlik vaxtlarında ictimai nəqliyyatdan istifadə etdiyini, qiymətin isə 20 qəpik olduğunu söyləyib.
Müğənnilər Zamiq Hüseynov və Sevda Yahyayeva isə qiymətin 30 qəpik olduğunu deyib.
Əməkdar artist Əkbər Əlizadə isə gedişhaqqının 30 qəpik olduğunu deyərək "Bakı kəndlərinə gedəndə isə qiymət artır" deyə, əlavə edib.