Müğənni Şəbnəm Tovuzlu özünə yeni biznes qurub.
İfaçı paytaxtda yeni geyim dükanı və gözəllik salonu açıb. Obyektin 1-ci mərtəbəsi qadınlar üçün geyim, 2-ci mərtəbəsi isə gözəllik salonudur. Şəbnəmin geyim dükanının açılışına şou-biznesin bir çox tanınmış simaları gəlib və ona xeyir-dualarını veriblər.