Xəbər verdiyimiz kimi, müğənni Damla 9 saatlıq bədənşəkilləndirmə, sinə kiçiltmə və dikləşdirmə və kök hüceyrə əməliyyatı etdirib.
Əməliyyat olunandan bir neçə gün sonra müğənni Afrikaka ölkəsi olan Namibiyaya yollanıb. Əlbəttə bir çoxunda maraq doğrurur ki, əməliyyatdan sonra vəhşi heyvanların, bəzən antisanitar şəraitindən danışılan Namibiyaya getmək təhlükəlidirmi?
Mövzu ilə bağlı müğənnini əməliyyat edən həkim Sevinc Heydərova danışıb və ciddi təhlükənin olmadığını bildirib:
“Əməliyyatımız olduqca uğurlu keçdi. Bu belə olmasaydı, Damla heç vaxt əməliyyatdan bir neçə gün sonra səyahətə yollanmazdı. Özü də Afrikaya. Damlaya getməzdən öncə bir neçə məsləhət verdim. Nə etməlidir, sarğılar necə dəyişdirilməlidir və s. Özü ilə də hər gün mütəmadi əlaqədəyəm. Özünü çox yaxşı hiss edir. Bir həkim kimi pasientimin özünü yaxşı hiss etməsindən gözəl heç nə ola bilməz”.
Həkim əlavə edib ki, hazırda əməliyyatdan cəmi bir neçə gün keçdiyi üçün sənətçinin bədənin ödəm və şiş var. Bu da normal prosesdir. Bir müddət sonra həmin şişlər tam sovrulur.