Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Nişanımda geyimim gözəl qalsın deyə, bədənşəkilləndirmə əməliyyatı etdirdim” - BAYRAMIN XEYİR İŞİDİR

“Nişanımda geyimim gözəl qalsın deyə, bədənşəkilləndirmə əməliyyatı etdirdim” - BAYRAMIN XEYİR İŞİDİR

Bayram Nurlu nişanına hazırlaşır.

SHOWNEWS.AZ-a özəl açıqlama edən sosial şəbəkə fenomeni Bayram Nurlu məhz nişan mərasimi üçün bədənşəkilləndirmə əməliyyatı etdirdiyini açıqlayıb:

"Mənim tamaşaçılarım bilir ki, gözəlliyə çox önəm verirəm. İyul ayılda möhtəşəm nişan mərasimim olacaq. Məhz bədənşəkilləndirmə əməliyyatını da nişanıma görə etdim. Həmin gün ideal görünməliyəm.
 

Artıq məkan seçilib. Bodrumda ən bahalı məkanlardan biridir. Əlbəttə mənim nişanımda çox adam iştirak etmək istəyər. Amma cəmi 20 nəfər olacaq. Nişanda iştirak edən hər kəs telefonunu mühafizəçilərə verməli olacaq. Şəkil çəkib paylaşmaq olmaz. Öncədən hər bir dəvətlimdən xahiş edəcəyəm.

Artıq mühafizə şirkəti ilə danışılıb. 250 mühafizəçi ərazini qoruyacaq. Heç quş quşluğu ilə uça bilməyəcək. Çox xoşbəxtəm. Allah hər kəsə xeyir iş qismət etsin".