"Location" gecə klubunda baş verən partlayışda yaralanan bloger Aysel Şükürova ötən gün yenidən əməliyyat olunub.
O, bu haqda instaqramında paylaşım edib. Aysel bildirib ki, ağrıları güclüdür və psixoloji dəstək alır:
"Partlayışdan əvvəl dostlarımla Qubaya gedirdik. Dedim ki, qəza keçirək, komaya düşüm və bilim məni nə qədər insan sevir. Qəza keçirmədik, amma daha pisi oldu. Ayaqlarım çox pis haldadır, 6 aya düzələcək. Həkim deyir ki, 6 ay heç nə etmək olmaz. Bəlkə Türkiyəyə əməliyyata getdim".
Aysel qohumlarından gileylənib:
"Qohamlarımdan saymayanlar oldu. Lap yaxın, qan bağı olanlar saymadı. Allah bəlalarını versin. Onlara hər zaman nifrət etmişəm, edəcəm də. Öz pisliklərində boğulsunlar".