Müğənni Nadir Qafarzadə bir müddət bundan əvvəl keçirdiyi plastik əməliyyat barədə açıqlama verib.
Sənətçi bu barədə “Həmin Zaur” proqramına qonaq olarkən danışıb.
Nadir bildirib ki, artıqa çəkiləri ona hərəkət etməyinə mane olub:
“Komfort deyildim. Pencəyi geyinəndə, ayaqqabımın ipini bağlayanda xanımımdan kömək istəyirdim. İstədiyim paltarı geyinə bilmirdim. Tənginəfəs olurdum. Bu səbəbdən əməliyyat olundum”.