Bloger Aysel Şükürova partlayışın baş verdiyi "Location" gecə klubunun sahiblərini məhkəməyə verəcəyini açıqlayıb.
O, bu haqda instaqramda canlı yayımda danışıb. Aysel bildirib ki, xəstəxana xərclərini özü ödəyib:
"Xəstəxanaya 8 mindən çox pul ödədik. Anam onlarla danışıb, amma heç kim qabağa durmadı, veclərinə də olmadı. Heç nəyi qarşılamadılar. Vəkillə danışdıq, biz də ərizə yazmışıq. Maddi bir yana, mənəvi dəyən ziyan heç vaxt unudulmayacaq. Gözümü yuman kimi partlayış, üstümdən insanların keçməsini görürəm".
Qeyd edək ki, Bakıda "Location" gecə klubunda baş vermiş partlayışa görə obyekti icarəyə götürmüş "Merser Food" MMC-nin administratoru Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov həbs edilib. Həbs edilən menecer Orxan Səfərov məkanı qardaşı Elşən Səfərovla birlikdə işlədib.