Müğənni Dəniz Əsədovanın evi qarət aolunub.
Bu haqda SHOWNEWS.AZ-a danışan ifaçı yaşadığından şok yaşayıb:
"Evimdə xadimə işləyən insan evimi qarət etdi. Can dediyim, balasını balam bildiyim. Balamı etibar etdiyim qadın mən evdə olmayanda sevgilisi ilə əlbir olub geyilməmiş, etiketləri üzərində olan 10 min manatlıq səhnə geyimlərimi, çantalarımı oğurlayıb".
D. Əsədova şikayətçi olmaq istəmədiyindən oğurlanan geyimlərinin qaytarılmasını istəyib:
"Məni məcbur etdilər ki, polisə şikayət edim. 16 aprel qarət olub. Mən gözlədim. Şikayətçi olmaq istəmədim. Amma oğurlanan mallarımı qaytarmadılar. Yaşadığım binanın müşahidə kameralarına hər şey düşüb. İş artıq polisdədir".
Qeyd edək ki, müğənni Dəniz Əsədova evini qarət edən xadiməçi Mirzəzadə Minayə və sevgilisi Miryusifdən Xətai rayonu 37-ci polis bölməsinə şikayət edib.