"Mənə hər zaman bahalı hədiyyələr olunub. Alışmışam. Alışdırıblar bahalı hədiyyələrə. Qiymətli, dəyərli insanlar sağolsun".
SHOWNEWS.AZ xəbər verir ki, bu açıqlamanı sosial şəbəkə fenomeni Bayram Nurlu edib. O, qiymətli hədiyyələrindən söhbət açarkən taxdığı üzüyün və bilərziyin də hədiyyə olduğunu gizlətməyib:
"Çox dəyərli insanın hədiyyəsidir. "Roberto Coin" brendinə məxsus zinət əşyalarıdır. Mən qiymət açıqlamıram. Bilənlər bunun qiymətini onsuz bilir".
Qeyd edək ki, B. Nurlunun taxdığı bilərzik 7500 dollar, üzük isə 4300 dollaradır.