"Yaşama səbəbim anamdır. Əgər olsaydı övladım deyərdim. Onu da özümə dərd edən deyiləm".
Bu sözləri müğənni İlahə Fəda "Söz baz" proqramında deyib. Sənətçi övladı olmadığı üçün şükür etdiyini bildirib:
"Daha nə qədər dərd çəkim? Olmayan şeyin dərdini niyə çəkim? Arada Allaha şükür edirəm, yaxşı ki, övladım yoxdur. Çünki çox ağır zamandır".