"Miss Azərbaycan" yarışmasının qalibi, model Səmra Hüseynova evsiz olduğunu açıqlayıb.
"Bizim.media"ya danışan model Ağdam qaçqını olduğunu bildirib:
"Mənim öz evim yoxdur, kirayədə qalıram. Mən ağdamlıyam. Valideyinlərim Ağdamdan qaçqın düşüb. Valideyinlərim ev növbəsində 30 il gözləyiblər. Lakin, heç bir qurum bizim müraciətimizə baxmayıb. Dəfələrlə adiyyatı orqanlara bu barədə yazılı müraciətlər etsək də, bizə heç bir köməklik göstərilməyib. Bacımla mən çox acınacaqlı vəziyyətdə böyümüşük. O ki qaldı evimin olmamağına… Çəkilişlərdən qazandığım pullar mənim yalnız gündəlik xərclərimə bəs edir".