Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Münasibətdə olduğum var, amma ərə getməyi düşünmürəm” - Pərvin Abıyeva

“Münasibətdə olduğum var, amma ərə getməyi düşünmürəm” - Pərvin Abıyeva

“Son zamanlar qadınlar məni daha çox dəstəkləyir. Kişilər mənim paxıllığımı çəkir. Nə məsələdir, bunu heç özüm də bilmirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva “MTV maqazin” verilişinə müsahibəsində deyib. 

Aktrisa sosial şəbəkələrdə həmcinslərindən çox, əks cinsin nümayəndələri tərəfindən tənqid və təhqir olunduğu açıqlayıb:

“Bilmirəm səbəb nədir, amma sosial şəbəkədə kişilər məni daha çox tənqid və təhqir edirlər, qıcıqlandırmağa çalışırlar”. 

Dost sarıdan yarımadığını söyləyən P.Abıyeva artıq heç kimi yaxınına buraxmadığını dilə gətirib:  

“Nə rəfiqəm var, nə də dostum. Anladım ki, heç kimə sirrini vermək olmaz. Kiminsə yanında şəxsi həyatını nümayiş etdirməməlisən”. 

Həyatında bir bəyin olduğunu etiraf edən aktrisa ailə qurmaq istəmədiyini söyləyib. 

“Ərə getmək, evlilik haqda düşünmürəm. Ünsiyyətdə olduğum, flirt etdiyim insan var. Amma ərə gedirəm deyə bir şey yoxdur. Evlilik söhbətlərindən artıq yorulmuşam. Hər şeyi qismətə bağlayıram. Bir neçə dəfə evlilikdən geri dönmüşəm. Oğlan istəyir evlənmək, amma iş valideyinlərə, ailəyə çatanda etiraz edirlər. Mən o ailəni qınamıram. Hər ana-ata istəmir oğlu sənət adamı ilə ailə qursun”. 

Rəşad Əliyev, Bizim.Media

 

 

  •