Sosial şəbəkə fenomeni Bayram Nurlu yenidən Rusiyadadır. Xeyir işindən öncə Rusiyanın şəhərlərində tətil edən Bayram bu dəfə nişanı üçün heç nə almayacağını bildirdi:
"Olanları yadıma salmaq istəmirəm. Amma keçən il nişan mərasimim üçün Moskvaya yollandım ki, nişan xonçama konfetlər, şokoladlar alım. Aldım da... Amma baş verən bədbəxt hadisəni hər kəs bilir".
O, özünü pozitivə köklədiyini və nişan mərasiminim abu-havasında olduğunu bildirdi:
"Əməliyyatdan çıxmışam. Bədənim istədiyim kimidir. Şalvarlarım, koftalarım əynimə istədiyim kimi qalır. Nişanda ideal görünəcəyəm".