Sosial şəbəkə fenomeni Bayram Nurlu yarım milyonluq "Instagram" hesabını bağlayıb.
Bu haqda SHOWNEWS.AZ-a danışan fenomen bunu öz istəyi ilə yox, sevgilisinin istəyi ilə etdiyini açıqlayıb:
"Məcbur bağladım. Məni hər şeyə qısqanır. "Instagram"da mənə yazılan sevgi mesajlarını oxuyub, havalanır. Nə qədər desəm ki, razılaşmadı. Heç "Tik-tok"a da girməyə icazə vermir. Çox qısqancdır. Deyir məndən başqa sənə toxunan olmasın.
Saçımı belə üzümə qısqanır. Sosial şəbəkəyə görə mübahisə etməyə dəyməz. Dedim sən deyən olsun. Bir-iki günə saqqızını oğurlayacam (gülür)".
Qeyd edək ki, B. Nurlu yayda Bodrumda nişan mərasiminə hazırlaşır. Hətta fenomen özəl günü üçün bədənşəkilləndirmə əməliyyatı edib ki, həmin gün geyimi əyninə ideal otursun. 20 nəfər qonağın iştirak edəcəyi mərasimi 250 mühafizəçi qoruyacaq.