Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Təranə Səmədovanın saxlanılmasının səbəbi açıqlandı - NARKOTİKƏ GÖRƏ

Təranə Səmədovanın saxlanılmasının səbəbi açıqlandı - NARKOTİKƏ GÖRƏ

Prodüser Təranə Səmədovanın polis tərəfindən saxlanılmasının səbəbi məlum olub.

SHOWNEWS.AZ xəbər verir ki, o, qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb.

 

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməyib. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıb.

Xatırladaq ki, T. Səmədova ötən ay da polisə müqavimətə görə saxlanılmış və 200 manat cərimə ödədikdən sonra sərbəst buraxılmışdı.