Xalq artisti Flora Kərimova 5 il deputat maaşı aldığını açıqlayıb.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə o, Dadaş Dadaşlinskinin qonağı olarkən danışıb.
F. Kərimova deyib ki, deputatlığa namizədlik verib, lakin bu, alınmayıb:
“Əlimdən aldılar, Avropa məhkəməsinə verdim beş il deputat maaşı aldım. İndi Milli Məclisin fəaliyyətini izləmirəm. Mənə nəticəsi maraqlıdır. Ürəyimcə çıxış edən millət vəkili var. Olmasa, bədbəxt millət olardıq. Vuruşan, savaşan, sözünü sonadək deyən... Onların sözü özü də yerini tapır. Yaşadığım ərazinin millət vəkilinin kim olduğunu isə bilmirəm. İşim düşməyib. Ümumiyyətlə mən kiminsə qapısını xahişlə döyməmişəm. Kimsəyə “mənim arxamda durun”, “məndən danışın” deməmişəm”.