Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"İndi Günayla Sevda boşqab, şüşə, qəlb sındırırlar"

"İndi Günayla Sevda boşqab, şüşə, qəlb sındırırlar"

"Günay İbrahimli "Yeni ulduz" müsabiqəsində iştirakçı olanda, onun üzərində xeyli əziyyət çəkdik. Onun bir səhnəciyi vardı. Mahnısını dəmir başlı çarpayıda oturub oxumalı idi. Sanki depressiyadadır. Günay dirəşdi ki, çarpayının üzərində oturub ifa etmək istəmirəm. Dedik ki, sənin əynində geyim var, narahat olma. Cavab olaraq Günay söylədi ki, "Yox! El-aləm mənə nə deyər?! Məni tikə-tikə doğruyarlar. Biz isə təkidlə onu seçim qarşısında buraxdıq. Söylədik ki, ya gedəcəksən, ya biz bu səhnəciyi edəcəyik. Bir təhər razılığa gəldi".

Axşam.az xəbər verir ki, bu sözləri "SOY" prodakşının rəhbəri Oqtay Əliyev müğənni Günay İbrahimli haqda deyib. "7 canlı" proqramında qonaq olan Əliyev "Yeni ulduz" yarışmasında yaşananlardan söz açıb. O, müğənni Sevda Yahyayeva ilə yaşadıqları mübahisədən də söz açıb:

"Sevda ilə hər zaman dava edirdim. Söyləyirdim ki, üzün gülsün. Nə qədər məktəbli kimi çıxıb oxumaq olar? İndi Günay ilə Sevda "tarelka", şüşə, qəlb də qırırlar. Nə desən edirlər. Amma o zaman heç nə edə bilmirdilər".