Müğənni Xatunun (Nərgiz Əliyeva) bir müddət əvvəl oğlu Adil üçün elçiliyə gedərək qız evindən “hə” cavabı alması və yaxın müddətdə toy edəcəyi ilə bağlı xəbərlər yayılıb.
Bu barədə Oxu.Az-a açıqlama verən müğənninin köməkçisi yayılan xəbərləri yanlış anlaşılma adlandırıb:
“Belə bir xəbər yoxdur, bunlar şayiədir. Xatunun oğlu hələ yetkinlik yaşında deyil. Elçilik isə başqa bir adam üçün edilib. Xatun həmin elçilik mərasimini öz hesabında paylaşıb. Yəqin ki, onun bu paylaşımı yanlış anlaşılıb”.
Qeyd edək ki, Xatunun yetkinlik yaşına çatmayan oğlunu evləndirməsi haqda ilk xəbəri OLAY yazıb.