Müğənni Xatirə İslam yenidəncərrah masasına uzanıb.
SHOWNEWS.AZ xəbər verir ki, bu haqda ifaçının özü sosial şəbəkə hesabında məlumat yayıb. Xatirə əməliyyatdan sonra çəkilən videosunu paylaşaraq "Bu halıma güldüm. Məni olduğum kimi qəbul edin. Mən obrazlarla yaşaya bilmərəm" sözlərini yazıb.
Sənətçi nə əməliyyatı etdirməsi barədə məlumat verməsə də, qadın məsələsi olduğunu bildirib.
Qeyd edək ki, Xatirə bundan əvvəl də dəfələrlə plastik əməliyyat etdirib. O, iki dəfə artıq çəkidən xilas olmaq üçün liposaksiya etdirib.