Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Van Dammın gəlinindən ərinə: “Həyatımı sənsiz təsəvvür edə bilmirəm”

Van Dammın gəlinindən ərinə: “Həyatımı sənsiz təsəvvür edə bilmirəm”

Dünya şöhrətli aktyor Jan-Klod Van Dammın pianoçu gəlini Suada Hacızadə həyat yoldaşı Kristoferlə bağlı sosial şəbəkə hesabında postu ilə diqqət çəkib.  

Bizim.Media xəbər verir ki, o, həyat yoldaşının doğum günü ilə əlaqədar foto və videosunu yayımlayaraq, Kristoferi təbrik yağışına qərq edib.  

“Mənim ən sevimli və cazibədar ərimin indi 35 yaşı var. Həmişə yanında olacağam, balaca oğlun kimi. Həyatımı sənsiz təsəvvür edə bilmirəm. Sən mənim üçün Allahın nemətisən. Mənim tək və tək can yoldaşım. Həmişə xoşbəxt ol. Səni sevirəm!” - deyə, Suada yazıb.  
Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.