Əməkdar artist Vasif Məhərrəmli ilə müğənni Manaf Ağayev efirdə bir araya gəliblər.
SHOWNEWS.AZ xəbər verir ki, "Səhər mərkəzi" proqramında ad gününü qeyd edən Vasifi təbrikə gələn Manaf ondan incəmə səbəbini də açıqlayıb.
Manaf onun üçün hazırlanan suallar arasında birini seçərək "Qəşəngi budur, oxuyum. Niyə dar günümdə mənə dayaq olmadın" oxuyub. O, bir neçə dəfə sualı təkrarlayaraq Vasifə ünvanlayıb.
Vasif isə gülərək "Olmadım" sualını ünvanlayıb. "Əsas odur işıq gələn yer olsun. Bəzən ata ilə oğul arasında da inciklik yaşanır" deyə, manaf əlavə edib.