Peşəkar musiqiçi Hüseyn Məhəmmədoğlu Əməkdar artist Cavanşir Məmmədova etiraz edib.
SHOWNEWS.AZ xəbər verir ki, bu haqda "MTV Maqazin" verilişinə özəl açıqlamalar verən H. Məhəmmədoğlu Cavanşir Məmmədovun qadın ifaçıların açıq-saçıq səhnə geyimləri haqda "müştəri axtarırsansa, adını müğənni qoyma" fikri ilə heç cürə razılaşmadığını bildirib:
"Bizim o cür danışmağa ixtiyarımız yoxdur. Muğam ifaçısı elə geyinməz. Mən Cavanşir müəllimin dediyi ilə razı deyiləm. Baxın dünya səhnəsinə. Onda görəcəksiniz ki, estrada ifaçıları necə geyinir. Hər şey geyimlə ölçülmür. O, səhnədir. Səhnə geyiminə görə mən kimisə qınaya bilmərəm".
O, həmçinin ikinci dəfə ailə qurmasının səbəbini də ilk dəfə açıqlayıb. Sujeti tam olaraq videodan izləyə bilərsiz.
Qeyd edək ki, MTV Maqazin hər şənbə günorta saat 12:00-da MTV Azərbaycan kanalında telejurnalist İsa Şükürovun təqdimatında yayımlanır.