Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“İstədim bu şəkillərlə ürəyimdən tikan çıxsın” - Nigar QALMAQALLI ŞƏKİLLƏRİNDƏN danışdı - VİDEO

“İstədim bu şəkillərlə ürəyimdən tikan çıxsın” - Nigar QALMAQALLI ŞƏKİLLƏRİNDƏN danışdı - VİDEO

Əməkdar artist, muğam ifaçısı Nigar Şabanova etdirdiyi fotosessiya ilə xeyli müzakirələrə səbəb oldu. Heç vaxt açıq-saçıq geyinməyən xanəndənin cəsarətli fotosessiya etdirməsi sən demə əbəs yerə deyil.

SHOWNEWS.AZ xəbər verir ki, bu haqda "MTV Maqazin" verilişinə danışan xanəndə həmin şəkilləri depressiyada olduğu ərəfədə bir nəfərə dağ çəkmək məqsədi ilə etdirdiyini etiraf edib:

"Qapalı geyindim. Nələr yazdılar. Açıq geyinsəm, nə dəyişəcək ki? İnsanlar öyrəşiblər onsuz qapalı və ya açıq geyinənə eyni sözləri yazırlar. Ailəsi olana da, ailəsi olmayana da eyni sözü yazırlar. Onun üçün artıq şərhləri umursamıram. 
 

Şəkilləri çəkdirmək əsəbi dönəmlərimə rast gəldi. Düzünü desəm, stressli vaxtlarım idi. Stilist Elnur Həsənova zəng etdim ki, məni dəyişdir. Özümü fərqli görmək istəyirəm. Dedim elə et ki, bu şəkillərlə ürəyimdən tikan çıxsın. Bütün əsəbim bu şəkillərlə getsin. 
 

Neçə illərdir sənətdəyəm. Mən də özümə azad qadın obrazını qıydım".

Qeyd edək ki, MTV Maqazin hər şənbə günorta saat 12:00-da MTV Azərbaycan kanalında telejurnalist İsa Şükürovun təqdimatında yayımlanır.