Tanınmış prodüser və televiziya aparıcısı Tarix Əliyev bu gün rəsmi "Instagram" səhifəsində bir çoxunun səbrsizliklə gözlədiyi xəbəri izləyiciləri ilə bölüşüb.
SHOWNEWS.AZ xəbər verir ki, yeni verilişinin adını paylaşan T. Əliyev "Tezliklə" şərhini əlavə edib.
Məlum olub ki, T. Əliyevin yeni verilişi "Günə 1 şou" adlanır.
Qeyd edək ki, Tarix Əliyev 3 il "Xəzər" telekanalında ən reytinqli səhər şousu "Hər şey daxil" proqramının layihə rəhbəri və aparıcısı olub.